“Mahir Şükürovun əvəzlənməsindən sonra yaxşı oynadıq”
18.10.2010 - 09:11
“Dinamo” həqiqətən də bizdən güclü idi. Lakin bu fərq 4:0 hesabı ilə qalib gələcək qədər deyildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Anji” klubunun baş məşqçisi Hacı Hacıyev deyib. Tanınmış mütəxəssis Premyer Liqanın növbəti turunun Moskva “Dinamo”su ilə oyunundan sonra keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini açıqlayıb.
Hacıyev komandasında çıxış edən Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovdan da narazı qalıb: “İqor Strelkovun Mahir Şükürovu əvəzləməsindən sonra meydanda mövqe yerdəyişmələri apardıq. Bunun da nəticəsində hücumda daha yaxşı oynadıq. Lakin onu da deyim ki, Strelkovu ikinci hissədə meydana buraxacağımızı qarşılaşmadan əvvəl müəyyənləşdirmişdik. Yəni, bu planlaşdırılmış əvəzetmə idi”.
Qeyd edək ki, 24 turdan sonra 23 xalı olan “Anji” 12-ci pillədə qərarlaşıb.

0
0