Rəşad Sadıqov 510 gündən sonra və ya İBB-dən İBB-dək!
18.10.2010 - 09:59
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov 510 gündən sonra Türkiyə çempionatında yenidən oynadı. Apasport.az saytının hesablamalarına görə, 28 yaşlı müdafiəçi sonuncu dəfə 2008/09 mövsümündə, 2009-cu ilin mayın 24-də “Kocaelispor” klubunun heyətində meydana çıxmışdı.
2 ay öncə “Qarabağ”dan “Əskişəhərspor”a keçən Rəşad debütünü ay yarım gözləməli oldu. O, “İstanbul Böyük Şəhər Bələdiyyəspor”la görüşdə 90 dəqiqə meydanda olub. Maraqlısı odur ki, Sadıqov buna qədər sonuncu oyununu məhz bu rəqiblə keçirmişdi. Həmin vaxt “Kocaelispor” “İstanbul BŞB”ya evdə 2:3 hesabı ilə uduzmuşdusa, bu dəfə minimal hesablı qələbəyə (1:0) sevindi.
Qeyd edək ki, həmyerlimiz “Kocaelispor”un heyətində sonuncu turda meydana çıxmayaraq, mövsüm bitəndən sonra “Qarabağ”a keçmişdi. Onun Superliqada ilk klubu “Kayserispor” olub.

0
0