“Buraxılan qollar bizi daha sürətli düşünməyə məcbur etdi”
18.10.2010 - 10:08
"Simurq”la oyunda vacib 3 xal qazandığımız üçün şadam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
38 yaşlı mütəxəssis Unibank Premyer Liqasının IX turunun “Simurq”la oyunundan sonra keçirilən mətbuat konfransında nəticədən razı qaldığını açıqlayıb: “Rəqib çox yaxşı müdafiə olunurdu, qol vurmaq asan deyildi. Buna baxmayaraq, 3 qol vurub, qələbə qazandıq. Buraxılan qollar bizi daha sürətli düşünməyə məcbur etdi".
Qeyd edək ki, “Qarabağ” “Simurq”la matçda 3:2 hesabı ilə qalib gəlib.
Mənbə: pfl.az

0
0