Qyoko Hacıyevski: Yetirmələrim vaxtı uzatmaq üçün yerə yıxılmırdı
18.10.2010 - 10:14
Qyoko Hacıyevski: Yetirmələrim vaxtı uzatmaq üçün yerə yıxılmırdı
“Süni örtükdən təbii qazona keçmək çətindir. Bu gün bunun çətinliyini hiss etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Makedoniyalı mütəxəssis Unibank Premyer Liqasının IX turunun “Qarabağ”la oyunundan sonra keçirilən mətbuat konfransında yetirmələrindən razı qaldığını bildirib: “Oyunun sonlarında yetirmələrim vaxtı uzatmaq üçün yerə yıxılmırdı. Qeyd etdiyim kimi, onlar üçün çətin idi. Ümumilikdə, yaxşı oynadıq. Yenə oyunun sonlarında hesabı qoruyub saxlamaq üçün təcrübəmiz çatmadı”.

Qeyd edək ki, “Simurq” “Qarabağ”la oyunda 2 dəfə hesabda önə çıxsa da sonda məğlub olub – 2:3.

Mənbə: pfl.az