“Nəyə qadir olduğumuzu ortaya qoyduq”
18.10.2010 - 10:40
“Belə turnirlərdə ilk oyundan çox şey asılıdır. Qələbə ilə başlasaydıq, bu gün Vətənə fərqli nəticə ilə dönərdik”. Bu sözləri apasport.az saytına açıqlamasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və “Bakı” klubunun yarımmüdafiəçisi Rəhman Hacıyev deyib.
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Portuqaliya ilə heç-heçə, Gürcüstan yığmasını isə məğlub edən millimiz elit-raunda yüksələ bilmədi. Halbuki yığmamız ilk oyunda da qələbə qazanmağa yaxın idi: “Portuqaliyanı məğlub edə bilərdik. Oyunun gedişində 2:0 hesabı ilə irəli çıxsaq da, sona 3 dəqiqə qalmış qələbəni əldən verdik. Ancaq ilk oyunda qələbə qazansaydıq, mərhələ adlayacaqdıq. Yunanıstanla oyuna gəlincə, üstün tərəf biz olsaq da, xal qazana bilmədik. Heç nədən qapımızdan top buraxdıq. Gürcüstanla matçda böyük hesablı qələbə qazanmaqla, nəyə qadir olduğumuzu ortaya qoyduq”.
Yayda Türkiyənin “Altay” klubuna keçidi alınmayan yarımmüdafiəçi İzmir təmsilçisinin məşqçilərinin diqqətindədir: “Altay”la “Bakı” klubunun məşqçiləri və rəhbərliyi əlaqə saxlayırlar. Onlar qışda transferimi reallaşdırmaq istəyirlər. Özüm də karyeramı Türkiyədə davam etdirmək istəyirəm. Əgər “Bakı” klubunun rəhbərliyi icazə versə, yenidən Türkiyəyə dönəcəm”.

0
0