“Araz” - “Ararat” görüşünün vaxtı dəqiqləşdi
18.10.2010 - 15:04
Futzal üzrə UEFA kubokunun elit-raundunda təmsilçimiz “Araz”ın keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək qrupun oyunlarında mübarizə aparacaq Azərbaycan çempionu noyabrın 22-də “Ararat” (Nikosiya, Kipr), ertəsi gün İtaliyanın “Montesilvano” klubu ilə görüşəcək. Bu matçların hər ikisi Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Noyabrın 25-də isə “Araz” meydan sahibləri “VİZ-Sinara” ilə üz-üzə gələcək. Bu matçın start fiti isə 20:15-də veriləcək.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0