“Portuqaliya-Yunanıstan oyunu təmiz keçirilsəydi, yığmamız mərhələ adlayardı”
18.10.2010 - 18:03
“Portuqaliya ilə oyunda hesabda irəli idik. Sona 3 dəqiqə qalmış bu üstünlüyü əldən verdik və meydandan heç-heçə ilə ayrıldıq”. Bu sözləri apasport.az saytına açıqlamasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının kapitanı Mirhüseyn Seyidov deyib.
“Neftçi” klubunda formasını geyinən yarımmüdafiəçi Portuqaliyada keçirilən qrup oyunlarında yığmamızın ilk qolunun müəllifi olub. Meydan sahibləri ilə matçın 28-ci dəqiqəsində fərqlənən Seyidovun ötürməsindən sonra yığmamız həmin qarşılaşmada ikinci qolunu vurub. Ancaq ikinci hissənin sonlarında rəqib məğlubiyyətdən qaçıb. İkinci oyunda Yunanıstana məğlubiyyət isə yığmamızın elit-raunda yüksəlməsinə mane olub: “Yunanıstanla oyunda üstünlük tərəfimizdə olsa da, rəqib standart vəziyyətdən qapımıza yol tapdı. İkinci hissədə onlar meydanın mərkəz xəttini keçə bilmədilər. Qol vurmaq üçün imkanımız da oldu. Təəssüf ki, istifadə edə bilmədik. Bu məğlubiyyət həlledici oldu”.
Yarımmüdafiəçinin fikrincə, Portuqaliya-Yunanıstan oyunu təmiz keçirilsəydi, yığmamız mərhələ adlayacaqdı: “Onlara heç-heçə sərf etdiyindən, özlərinə əziyyət vermədilər. Nəticədə bizim Gürcüstan üzərindəki böyük hesablı qələbəmiz əhəmiyyətsiz oldu. Ancaq komandamız turnirdə yüksək səviyyədə çıxış etdi. Oyun komponentində heç bir rəqibindən geri qalmadı”.

- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
0
0