Gökdəniz Karadəniz “Qalatasaray”da oynamaq istəmir
19.10.2010 - 08:45
“Rusiyanın “Rubin” klubu ilə müqaviləm bitənə kimi komandanı tərk etməyəcəyəm. Hazırkı anlaşmam isə 2012-ci ilin martına qədərdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə milli komandasının sabiq futbolçusu Gökdəniz Karadəniz deyib.
Karyerasını Rusiyada davam etdirən yarımmüdafiəçi Türkiyənin “Qalatasaray” klubuna keçəcəyi ilə bağlı şayiələri təkzib edib: “Müqaviləm başa çatandan sonra “Rubin”lə anlaşmamızı uzatmaq niyyətindəyəm. Ən azı daha 1-1,5 il burada oynamaq fikrim var”.
Qeyd edək ki, Gökdənizin Türkiyəyə qayıtmaq istəməməyinin səbəbi hərbi xidmətlə bağlıdır. Əsgərlikdən yayınmaq fikrində olan futbolçu 21 günlük hərbi qulluqla kifayətlənmək istəyir. Bunun çün isə o, ən azı 4,5 il vətəndən kənardan çalışmalı və müəyyən məbləğdə rüsum ödəməlidir.

- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
0
0