Sağlam İlqar Qurbanovun baş məşqçisi olacaq
19.10.2010 - 09:03
Azərbaycan yığmasının sabiq üzvləri – İlqar Qurbanov və Ernani Pereyranın şərəfini qoruduğu “Mersin İdman Yurdu”nun yeni baş məşqçisinin adı açıqlanıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Bank Asiya I Liqasında mübarizə aparan komandaya Nurullah Sağlam rəhbərlik edəcək.
“Mersin İdman Yurdu”nun prezidenti Əli Qəhrəmanlı bildirib ki, yeni baş məşqçi ilə danışıqlar yekunlaşıb və sabah onunla rəsmi müqavilə imzalanacaq: “Sağlam sabah Mersinə gələcək və rəsmi olaraq müqaviləyə imza atacaq. Bundan sonra da komanda ilə məşqə çıxacaq”.
Qeyd edək ki, Bank Asiya I Liqasının son turunda evdə “Orduspor”a 1:4 hesablı məğlubiyyətdən sonra Yüksel Yeşilova istefa vermişdi.

- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
0
0