“Xəzər Lənkəran” əcnəbi məşqçisi ilə vidalaşdı
19.10.2010 - 09:55
“Xəzər Lənkəran” klubu Gənclər İnkişaf Proqramının baş məşqçisi Yuri Panfilovla yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi məşqçinin öz istəyi ilə istefaya getməsi haqda ərizəsinə müsbət cavab verib. Gənclər İnkişaf Proqramı rəhbərinin səlahiyyətləri müvəqqəti olaraq klubumuzun əvəzedici heyətinin məşqçisi Samir Ələkbərova həvalə olunub.
Qeyd edək ki, Panfilov 2009-cu ilin iyulundan “Xəzər Lənkəran”da çalışırdı. O, klub daxilində uşaq futbolunun inkişafına cavabdeh idi və yeniyetmə yaş qruplarının məşqçilərinə rəhbərlik edirdi.
Mənbə: lankaranfc.com

- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
0
0