Çilavert onu ac adlandıran futbol agentini döydü
19.10.2010 - 10:32
Məşhur paraqvaylı qapıçı Xose Luis Çilavert dava salıb. Apasport.az saytının məlumatına görə, ötənlərin əfsanəvi qapıçısı Argentinanın paytaxtı Buenos-Ayresin hava limanında futbol agenti Pablo Seyxasla dalaşıb. Seyxas Çilavertin ondan pul tələb etdiyini bildirir: “O, Rolando Saratenin Meksikaya, Sebastyan Romeronun Yunanıstana transferində iştirakına görə məndən pul tələb etdi. Ancaq mən ona dedim ki, bu keçidlərlə bağlı heç bir əlaqəm yoxdur. Çilavert bundan sonra mənə hücum etdi”.
Veteran qapıçı isə agentin onu təhqir etdiyini bildirib: “O, mənə Sarate və Romeronun transferlərinə görə pul borcludur. O, məni “aclıq çəkən paraqvaylı” adlandırdı ki, mən buna dözə bilməzdim”.
Qeyd edək ki, Çilavert futbolçu karyerası zamanı vurduğu qollarla məşhurdur.

- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
0
0