“Qalatasaray”a Frank Raykaardı qovmaq baha başa gələcək
19.10.2010 - 11:26
“Qalatasaray” klubuna baş məşqçisi Frank Raykaardı istefaya göndərmək baha başa gələcək. Apasport.az saytının məlumatına görə, “Cim Bom” hollandiyalı çalışdırıcısı ilə müqaviləni pozacağı halda, 6,2 milyon avro təzminat ödəməli olacaq. Raykaardın illik müqaviləsinin dəyəri 3,5 milyon avro təşkil edir. Bunun cari mövsüm üçün nəzərdə tutulan 1 milyon avrosu ödənilib. Anlaşmaya xitam veriləcəyi halda, Raykaardın 2, köməkçiləri Yohan Neeskens, Alberto Roca Puyol və Karlos Quadratın 1 milyon avroluq təzminatları var. Bu məbləğlər əlavə olunduqda xərc 6,2 milyon avrodur.
Qeyd edək ki, Raykaardın yanvarda “Liverpul”un baş məşqçi postuna keçəcəyi gözlənilir. O, bu klubun yeni amerikalı sahibinin istədiyi tək baş məşqçidir. “Qalatasaray”ın baş məşqçi postuna isə onun ən böyük uğurlarının memarı olan Fatih Terimlə “Manisaspor”un baş məşqçisi Hikmət Karamanın adı hallanır.

0
0