Cavadov “Qarabağ”a qarşı, yaxud Nasimovun rekorduna yaxınlaşacaq?
19.10.2010 - 12:00
Unibank Premyer Liqasında IV turdan təxirə salınan “Qarabağ” – “Bakı” oyununu prinsipiallaşdıracaq əsas məqam Vaqif Cavadovla bağlıdır. Apasport.az saytının məlumatına görə, sabah yığmamızın 21 yaşlı hücumçusu onu tanıdan, Azərbaycanda ilk klubuna qarşı oynayacaq.
Futbolda ilk addımlarını Moskva MOİK-inin əvəzedici komandasında atan Vaqif 2007-ci ilin qışında vətənə döndü. Həmin vaxt artıq millimizə cəlb olunan futbolçunu “Qarabağ” transfer etdi. Cavadov Ağdam klubunda keçirdiyi 3 ildə öz oyunu ilə diqqəti cəlb etdi. O, ilk titulunu də məhz orda qazandı. Bu, 2009-cu ildə Azərbaycan kubokunu qazanması idi.
Ümumiyyətlə, ötən il Vaqif üçün çox uğurlu idi. Həm “Qarabağ”ın heyətində Avroliqada oyunu, həm də yığmada vurduğu qollarla yadda qalan Cavadov bir sıra mükafatlara sahib çıxdı və ilin futbolçusu seçildi. Hollandiyanın “Tvente” klubu Avroliqada ona qarşı oyunu ilə bəyəndiyi “Qarabağ”ın hücumçusunu ötən qış transfer etdi. Enshede təmsilçisinə 3,5 illik müqavilə imzaladığı Vaqifin ayağı düşərli idi.
Belə ki, “Tvente” tarixinin ən böyük uğuruna imza atdı – ilk dəfə ölkə çempionluğu və Superkuboku qazandı. Ancaq bu, Vaqif üçün təsəllidən başqa bir şey olmadı. Belə ki, “Tvente”nin ingilis baş məşqçisi Stiv Maklaren bəyəndiyi futbolçumuza zədədən sonra da şans vermədi. Onun mövsüm bitəndən sonra Almaniyanın “Volfsburq” klubuna gedişi ilə Cavadovun oynamaq şansı daha da azalırdı. Düzdür, belçikalı mütəxəssis Mişel Pryudom yoxlama oyunlarında Vaqifə şans verdi və hücumçumuz də bir neçə qol vurdu. Ancaq sonda məlum oldu ki, “Tvente”nin yeni baş məşqçisi də Cavadovu oynatmayacaq və ən optimal variant icarəyə verilmək idi. Bununla da Vaqif “Tvente”ni rəsmi debüt etməmiş tərk etməli oldu.
9 ay oyun praktikası sarıdan korluq çəkmək futbolçunun yığmada da mövqeyinə təsir edirdi. Onun 1 illik icarəyə verilməsi gündəmə gələn zamanı “Qarabağ”a dönəcəyi gözlənilirdi. Hər halda, o, Vaqifin doğma komandasıdır və hücumçu hələ “Borussiya” ilə Avroliqada görüş öncəsi qayıtmaq variantının olduğunu demişdi. Ancaq sonda “Qarabağ” yox, “Bakı” onu heyətinə qatmağa qərar verdi. Yeni komandasında sentyabrın 12-də “Gəncə” ilə ev oyununda debüt edən Cavadov 5 görüşdə 3 qol vurub. Maraqlısı odur ki, hücumçu ardıcıl üç oyundur meydanı qolsuz tərk etmir. “Turan”, “Xəzər Lənkəran” və MOİK-lə görüşdə fərqlənən Vaqif keçmiş komandasının da yol taparsa, özbək həmkarı Bahodir Nasimovun rekorduna bir qədər yaxınlaşacaq.
Məsələ ondadır ki, “Neftçi”nin yayda transfer etdiyi hücumçu ilk 6 oyunda qol vurdu. 10 qolla bombardirlər yarışına liderlik edən Bahodirin “seriyası “Xəzər Lənkəran”la səfər oyununda qırıldı.
Qeyd edək ki, Vaqif “Qarabağ”da çempionatda 77 oyuna 20 qol vurub.
Mehman SÜLEYMANOV

0
0