AFFA Premyer Liqanın 3 klubunu cəzalandırdı
19.10.2010 - 11:45
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, komitə Unibank Premyer Liqasının IX turunda baş verənləri müzakirə edərək 3 klubu cəzalandırıb. “Qəbələ” – “Muğan” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 1000 manat cərimə olunub. “Qarabağ”la görüşdə 4 oyunçusu xəbərdarlıq alan “Simurq”un da cəzası eyni olub. “Neftçi” ilə matçın 88-ci dəqiqəsində “Turan” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə ödəyəcək.
Mənbə: pfl.az
Mənbə: pfl.az
- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
0
0