“Porto”nun 5 futbolçusu yığmamıza qarşı
19.10.2010 - 12:19
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, pireneylilərin baş məşqçisi Emilio Peyşe ilkin seçmə mərhələsində güvənəcəyi futbolçuların siyahısını müəyyənləşdirib. Portuqaliyalılar öz meydanlarında baş tutacaq qrup oyunlarında yalnız 3 klubun üzvlərinə bel bağlayacaqlar.
Belə ki, 37 yaşlı mütəxəssis “Sportinq”dən 7, “Benfika”dan 6, “Porto”dan 5 futbolçunu sərəncamında görməyə qərar verib: Bruno Varela, Helder Kosta, Joao Kanselo, Joao Teyxeyra, Joze Kosta, Sancidino Silva (hamısı “Benfika”), Frederik Masiel, Qonçalo Pasiensiya, Leandro Silva, Lima Pereyra, Tomas Podstavski (hamısı “Porto”), Antonio Silva, Karlos Şabu, Luis Kortez, Mane, Nuno Malheyro, Tiaqo Duque, Tobias Fiqueyredo (hamısı “Sportinq”).
Qeyd edək ki, Portuqaliya və Azərbaycan milliləri ilə eyni qrupda Çernoqoriya ilə Şimali İrlandiya da mübarizə aparacaq.

- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
0
0