Mahmud Qurbanov: Başqa yolumuz yoxdur
19.10.2010 - 12:40
“MOİK-lə matçda həqiqətən də yaxşı oynamadıq. Ola bilsin, futbolçularda arxayınçılıq da olsun. Həm də oyunun əvvəlində öz qapımıza qol vurduq. Bu da oyunumuza mənfi təsir göstərdi. Ancaq gərək belə komandalara qarşı yaxşı hazırlaşıb, sona qədər mübarizə aparasan”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun futbolçusu Mahmud Qurbanov deyib.
Ötən tur MOİK üzərində əzmkar qələbə qazanan (2:1) son ölkə kubokunun qalibi sabah yenə Tofiq Bəhramov adına Respublika stadionuna çıxacaq. IV turda təxirə salınmış oyunda “Qarabağ”ın qonağı olacaq “zolaqlılar”ın məqsədi dəyişməyib. “Bakı” yalnız 3 xal haqda düşünür. Ancaq Qurbanov rəqibin heç də zəif olmadığını bildirib: “Qələbə üçün çıxacağıq. Başqa yolumuz yoxdur. Çətin oyun olacaq. “Qarabağ” yaxşı komandadır və yaxşı futbolçulardan təşkil edilib. Həm də qələbə qazanıb, turnir cədvəlində irəliləmək istəyirik. Komandada daxili ab-hava yaxşıdır”.

0
0