“Arsenal” ukraynalıları topa tutdu
20.10.2010 - 00:41
“Arsenal” ukraynalıları topa tutdu
Çempionlar Liqasında III turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk günündə E, F, G və H qruplarında mübarizə aparan komandalar meydana çıxıblar.

Günün ən maraqlı hadisələri E qrupunda yaşanıb. İsveçrə “Bazel”i Romada eyniadlı komandanı ciddi çətinlik çəkmədən məğlub edib. “Bavariya”nın Rumıniya təmsilçisinə uduzmağına isə elə ÇFR-in öz oyunçuları imkan verməyib. Hesabı açan qonaqlar 6 dəqiqəyə iki avtoqol etməklə almaniyalıları ümidləndirib. Ən maraqlısı isə Kadunun özü 5 dəqiqəyə əvvəl rəqib, sonra öz qapısına yol tapıb.

F qrupunun favoritləri olan “Çelsi” və “Marsel” isə sensasiyaya imkan verməyiblər. Əslində G qrupunda meydan sahibləri kimi qalib gələn “Ayaks” və “Real”ın qələbələrini də gözlənilən saymaq olar. Baxmayaraq ki, “Real” günün ən prinsipial matçında “Milan”la qarşılaşırdı. Joze Maurinyonun yetirmələri qarşılaşmanın taleyini iki dəqiqəyə vurulan iki qolla həll etməyi bacarıblar.

H qrupunda da meydan sahibləri hamının onlardan zölədiyi qələbələri qazanıblar. Düzdür, “Arsenal”ın “Şaxtyor”a divan tutacağı çoxlarının ağlına gəlməzdi. Lakin londonlular Ukrayna təmsilçisini meydana çıxmağa peşman edə bidilər. Günün ən məhsuldar görüşündə 6 qol vuruldu ki, qonaqlar yalnız təsəlli topuna sevinə bildilər.

Türkiyənin turnirdə yeganə təmsilçisi olan “Bursaspor” Britaniya səfərindən yenə 0:1 hesablı məğlubiyyətlə dönüb. Ərtoğrul Sağlamın yetirmələri Şotlandiyanın “Reyncers” klubunun ardından daha çətin rəqib olan “Mançester Yunayted”ə də ciddi müqavimət göstərib. İngilislər yalnız oyunun əvvəlində Naninin vurduğu qolla qələbə qazana bilib.

Günün ən dramatik oyunu İtaliyada keçirilib. Milan şəhərində baş tutan “İnter” – “Tottenhem” görüşü ümumiyyətlə, turun ən məhsuldar oyunu (7 qol) olub. Ən maraqlısı odur ki, meydan sahibləri artıq 35-ci dəqiqədə hesabda 4:0 irəlidə olduğu halda, sonda az qala üstünlüyünü əldən verəcəkdir.

Belə ki, yığmamızla görüşün iştirakçısı olmuş Uels millisinin müdafiəçisi Qaret Beyl het-trik edib. “Tottenhem” qapıçısı Qomes artıq 8-ci dəqiqədə qırmızı vərəqə alaraq, meydandan çıxarıldığı üçün görüşün böyük hissəsini azlıqda keçirilib. Bununla belə, londonlular 10 nəfərlə ÇL-nin son qalibinin qapısına 3 top keçirə bilib. Madridin “Real” klubunun kapitanı kimi uzun illər turniri qazanan ispan hücumçu Raul nəhayət, xeyli fasilədən sonda dubl etdi. O, cari mövsümdə oynadığı Almaniyanın “Şalke” klubunun heyətində də ÇL-də qol hesabını açıb.

19 oktyabr
E qrupu


“Roma” – “Bazel” - 1:3
QOLLAR: Boriello, 21 - Fray, 12, İnkum, 44, Kabral, 90

“Bavariya” – ÇFR - 3:2
QOLLAR: Kadu, 32-öz qapısına, Panin, 37-öz qapısına, Qomes, 77 - Kadu, 28, Kulio, 87

F qrupu

“Spartak” – “Çelsi” – 0:2
QOLLAR: Jirkov, 23, Anelka, 43

“Marsel” – “Jilina” - 1:0
QOL: Diavara, 49

G qrupu

“Ayaks” – “Oser” - 2:1
QOLLAR: de Zeuv, 7, Suares, 41 - Birsa, 57

“Real” – “Milan” - 2:0
QOLLAR: Ronaldo, 13, Özil, 14

H qrupu

“Braqa” – “Partizan” - 2:0
QOLLAR: Lima, 35, Mateus, 90

“Arsenal” – “Şaxtyor” - 5:1
QOLLAR: Sonq, 19, Nəsri, 42, Fabreqas, 60-pen., Uilşir, 66, Şamax, 69 - Eduardo, 82

20 oktyabr

A qrupu

“İnter” – “Tottenhem” – 4:3
QOLLAR: Zanetti, 2. Eto’O, 11-pen, 35. Stankoviç, 14 - Beyl, 52, 90, 90+1

“Tvente” – “Verder” – 1:1
QOLLAR: Yanssen, 75 - Arnautoviç, 80

C qrupu
“Barselona” – “Kopenhagen” – 2:0
QOLLAR: Messi, 19, 90+1

“Panatinaikos” – “Rubin” – 0:0

B qrupu
“Şalke” – “Hapoel” – 3:1
QOLLAR: Raul, 3, 58, Xurado, 68 – Şexter, 90+3

“Lion” – “Benfika” – 2:0
QOLLAR: Brian, 21, Lopes, 51

D qrupu
QOLLAR: “Reyncers” – “Valensiya” – 1:1
Edu, 34 – Edu, 46-öz qapısına

“Mançester Yunayted” – “Bursaspor” – 1:0
QOL: Nani, 7