Rəşad Sadıqovun baş məşqçisi: Bunu bacaracaq gücdəyik
19.10.2010 - 13:40
“Son turun qarşılaşmasında müdafiə olunmağı öyrəndik. Yoldaşlığımızın meydanda da öz əksini tapmasının bizə faydası oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Əskişəhərspor” klubunun baş məşqçisi Bülənt Uyğun deyib.
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Superliqa təmsilçisinin çalışdırıcısı “Karabükspor”la oyun ərəfəsində keçirilən təlim-məşq toplanışı zamanı jurnalistlərlə görüşüb. Uyğun əvvəl ötən turun “İstanbul Böyükşəhər Bələdiyyəspor”la görüşünü xatırlayıb: “Fiziki cəhətdən çox böyük qüvvə sərf etdik. Həqiqətən də 7 oyundur qələbə qazana bilməyən komanda üçün bu görüşdən alnıaçıq çıxmaq çox yaxşı oldu. Azarkeşlərin arzusunu gerçəkləşdirən oyunçularımıza tək-tək təşəkkür edirəm”.
Uyğun qələbələrin davamlı olmasına çalışacaqlarını bildirib: “İnşallah, “Karabükspor”la görüşdən də 3 xalla dönmək istəyirik. Bunu bacaracaq gücdəyik. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.
Gənc çalışdırıcı heyətdə aparılacaq islahatlardan da danışıb: “Bizə savaşan, aqressiv, geydiyi formanın qədrini bilən futbolçular lazımdır. Meydana da belə oyunçulardan təşkil olunan və vahid mexanizm kimi çalışan komanda buraxmaq niyyətindəyik. Düşündüklərinizə uyğun gəlməyənlərlə yollarımızı ayıracağıq. Qış transfer dövründə isə 1-2 futbolçu alacağıq”.

- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
0
0