Fərhad Vəliyev: Bundan dərs çıxarmağa çalışacağıq
19.10.2010 - 13:54
“Sabah azarkeşlər həqiqətən də maraqlı və gərgin oyun izləyəcəklər. Qələbə qazanıb, liderlərə yaxınlaşmaq istəyirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun kapitanı Fərhad Vəliyev deyib.
IV turdan təxirə salınmış oyunda “Bakı” ilə görüşəcək Ağdam təmsilçisi oyuna ciddi hazırlaşır. Avropa Liqasındakı çıxışını başa vurduqdan sonra Premyer Liqada heç də özünə bənzəməyən Qurban Qurbanovun yetirmələri yaxşı günlərini yaşamayan “Bakı” ilə matçda həm də öz oyununu göstərmək niyyətindədir: “Həmişə bu iki komandanın dueli maraqlı olub. Ciddi hazırlaşmışıq. İnşallah, yaxşı oyun nümayiş etdirib, 3 xal qazanacağıq”.
Rəqibin heyətində güclü hücumçuların yer alması Vəliyevi qorxutmur: “Hər oyunda qapını toxunulmaz saxlamaq istəyirəm. “Bakı”nın heyətində güclü legioner və yerli hücumçular var. Ancaq mən qol buraxmamaq üçün gücümü sərf edəcəyəm”.
Ötən tur “Simurq”la oyun barədə də danışan qapıçı gənclərdən qurulmuş komandadan 2 top buraxmağı yaxşı hal hesab etmir: “Bu “Simurq” üzərində ilk qələbəmiz idi. Onlarla oyunumuz həmişə gərgin keçib. Bizi əks-hücumda yaxaladılar və qapımıza 2 qol vurdular. Gənclər əzmkar mübarizə apardılar. Əlbəttə, bu cür komandadan 2 qol yemək özümə pis gəlir. Bundan dərs çıxarmağa çalışacağıq”.

0
0