“Qarabağ” – “Bakı” duelləri: Biri çempionatda, digəri kubokda hegemon
19.10.2010 - 16:05
“Qarabağ” – “Bakı” duelləri: Biri çempionatda, digəri kubokda hegemon
Sabah “Qarabağ” və “Bakı” klubları tarixlərində 19-cu dəfə görüşəcək. Apasport.az saytının hesablamalarına görə, paytaxt təmsilçisi milli çempionatımızda oyunların balansında böyük üstünlüyə malikdir. “Bakı”nın hesabında 6 qələbə olduğu halda, “Qarabağ” 3 dəfə meydanı 3 xalla tərk edib. Ancaq bu komandalar arasında ilk görüş məhz ağdamlıların qələbəsi ilə nəticələnib. “Bakı” həmin nəticədən sonra baş məşqçi Elxan Abdullayevi istefaya göndərdi. Yeri gəlmişkən, millimizdə də çalışmış Abdullayev sonralar “Qarabağ”ın baş məşqçisi kimi “Bakı”ya qarşı olub.

Bu komandaların görüşlərində sülh çox qeydə alınır – 6 dəfə. Ardıcıl iki mövsüm qalibi müəyyənləşdirmək mümkün olmayıb. “Qarabağ”ın əsas üstünlüyü ölkə kubokundadır. Belə ki, Ağdam klubu turnirdə hər iki dəfə mübarizədən qalib ayrılıb. Bu görüşlərdən 3-də “Qarabağ” qələbə qazanıb, 1 oyun bərabərliklə nəticələnir. Kuboku da nəzərə alsaq, qələbə, heç-heçə və məğlubiyyətlərin sayı bərabərdir – 6 dəfə. “Qarabağ” artıq üç oyundur “Bakı”nı yenə bilmir.

Bu komandaların görüşlərində ən populyar hesablar - 2:0, 1:1 və 0:0-dır. Yalnız bir dəfə böyük hesablı nəticə qeydə alınıb ki, bu da tarixə düşüb. Belə ki, bu, “Qarabağ”ın Ağdamda yeganə böyük hesablı məğlubiyyətidir. Komandanın baş məşqçisi Qurban Qurbanov məşqçilik karyerasında ölkə daxilində yeganə məğlubiyyətini məhz “Bakı”dan alıb. “Neftçi”də belə uduzmayan 38 yaşlı çalışdırıcı ikinci və hələ ki sonuncu belə məğlubiyyəti Avroliqanın son təsnifat mərhələsində Dortmund “Borussiya”sı ilə səfər oyunudur – 0:4.

“Qarabağ”la “Bakı” arasında oyunlar

2004/05 mövsümü
Azərbaycan milli çempionatı

“Qarabağ” – “Bakı” – 2:0
“Bakı” – “Qarabağ” – 1:1

2005/06 mövsümü
Azərbaycan milli çempionatı

“Qarabağ” – “Bakı” – 2:4
“Bakı” – “Qarabağ” – 2:1

Azərbaycan kuboku, 1/4 final mərhələsi
“Qarabağ” – “Bakı” – 3:2
“Bakı” – “Qarabağ” – 0:0

2006/07 mövsümü
Azərbaycan milli çempionatı

“Bakı” – “Qarabağ” – 0:0
“Qarabağ” – “Bakı” – 1:1

2007/08 mövsümü
Azərbaycan milli çempionatı

“Qarabağ” – “Bakı” – 1:1
“Bakı” – “Qarabağ” – 0:0

2008/09 mövsümü
Azərbaycan milli çempionatı

“Qarabağ” – “Bakı” – 0:2
“Bakı” – “Qarabağ” – 2:0

Azərbaycan kuboku, yarımfinal
“Bakı” – “Qarabağ” – 1:2
“Qarabağ” – “Bakı” – 2:1

2009/10 mövsümü
Azərbaycan milli çempionatı
İlkin mərhələ

“Bakı” – “Qarabağ” – 0:1
“Qarabağ” – “Bakı” – 0:0

Final mərhələsi
“Bakı” – “Qarabağ” – 2:0
“Qarabağ” – “Bakı” – 1:4

Mehman SÜLEYMANOV