Məşhur baş məşqçiyə samovar bağışladılar
19.10.2010 - 16:30
İngiltərənin “Çelsi” futbol klubunun baş məşqçisi Karlo Ançelottiyə Rusiyanın paytaxtı Moskvada samovar hədiyyə edilib. Lent.az-ın məlumatına görə, bu hədiyyəni Ançelottiyə “Çelsi”nin oktyabrın 19-da Çempionlar Liqasında “Spartak”la keçirəcəyi oyun öncəsi “Sovetskiy sport” qəzetinin əməkdaşları veriblər.
Müxbirlər deyiblər ki, oyun günü Moskvada soyuq olacaq. “Spartak”ın çıxışı isə “Çelsi” üçün “soyuq duş” kimi qəbul edilə bilər. Onların fikrincə, samovar italiyalı baş məşqçiyə qızınmaqda yardımçı olacaq.
Qeyd edək ki, F qrupunda 2 turdan sonra “Spartak” və “Çelsi” 6 xalla liderdirlər.

- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
0
0