Hakan Şükür “Qalatasaray”dan təklif aldığını açıqladı
19.10.2010 - 16:45
“Qalatasaray”ın sabiq futbolçusu Hakan Şükür “Qalatasaray”dan təklif aldığını təsdiqləyib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, dünən keçirilən İdarə Heyətinin iclasından öncə “sarı-qırmızılar”ın vitse-prezidenti Məhmət Helvacı hücumçu ilə görüşərək onu komandanın idman direktoru vəzifəsində görmək istədiklərini açıqlayıb. Lakin Şükür ona konkret cavab verməyib və fikirləşmək üçün vaxt istəyib.
Qeyd edək ki, “Qalatasaray”da baş məşqçi Frank Raykaardın gedişi gündəmdədir və türkiyəli həmkarlarımızın yazdıqlarına görə növbəti turda komandanı “Fənərbaxça” ilə görüşə Tuqay Kərimoğlu çıxaracaq.
Qeyd edək ki, “Qalatasaray”da baş məşqçi Frank Raykaardın gedişi gündəmdədir və türkiyəli həmkarlarımızın yazdıqlarına görə növbəti turda komandanı “Fənərbaxça” ilə görüşə Tuqay Kərimoğlu çıxaracaq.
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
0
0