“Vaqif bizə qarşı başqa cür oynasa, ona etirazım olası deyil” - MÜSAHİBƏ
19.10.2010 - 17:41
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi
- “Bakı” ilə oyuna hazırlığınız necə gedir?
- Hazırlıq demək olar normal gedir. Ancaq əlbəttə ki, problemlərimiz var. Bu, həm heyətlə, həm də sıx qrafiklə bağlıdır. Bir həftəyə üç oyunumuz olacaq. İki gün əvvəl “Simurq”la çətin oyunumuz oldu. Sabah “Bakı”, bazar günü səfərdə “Muğan”la görüşə çıxacağıq. İstər-istəməz yorğunluq var. Özünüz da bilirsiniz ki, “Simurq”la oyunumuz çox gərgin oldu. Buna baxmayaraq, “Bakı” ilə görüşə çox ciddi hazırlaşmışıq. Düşünürük ki, bu oyunda bizim kimi “Bakı”ya da qələbə çox vacibdir. Fikrimcə, həqiqətən də maraqlı görüş olacaq.
- Futbolçularınızı qınamaq olmur. Avroliqadan çətin oyunlardan sonra çempionatda və yığmada da oynamaq ağır yüklənməyə gətirib çıxarır. Bəlkə “Qarabağ”ın cari mövsümdə qeyri-sabit çıxışının, qələbələri çətinliklə qazanmasının əsl səbəbi budur?
- Deməzdim ki, futbolçular ağır yükləniblər. Bəli, müəyyən qədər yüklənmə var. Ancaq ümumilikdə götürdükdə, bunlar başqa-başqa turnirlərdir. Avropa və çempionat oyunları fərqlənir. Hətta bu çempionatımızda asan qələbə qazanan komanda da çox azdır. Görürsünüz nə qədər sürprizlər, liderlərin hansı məğlubiyyətləri olur. Komandalar bizə qarşı da çox yaxşı köklənirlər. Bu, həm “Qarabağ”ın adına, həm də göstərdiyi oyuna görədir. Bizə qarşı çox ciddi hazırlaşaraq, əsasən zəif komandalar oyunu düzgün, müdafiədən qururlar. Buna görə də istər-istəməz problemlərimiz olur. Ancaq bunlara baxmayaraq, yavaş-yavaş xallarımızı yığmaya, qələbələrimizi sıralamağa başlayırıq.
- İndiki “Bakı”, almaniyalı baş məşqçi Vinfred Şaferin dövründə komanda necə təsir bağışlayır?
- Açığı, indiki “Bakı”nın oyunu Avroliqadan sonra bir o qədər xoş təsir bağışlamadı. Hamı, bizlər, mütəxəssislər, azarkeşlər “Bakı”dan çox şey gözləyirdi. Ancaq xal fərqinə baxanda əlbəttə, digər komandalar bizdən xeyli aralıdırlar. Düşünürəm ki, baş məşqçi yeni olduğundan bəlkə də komandanı hələ tam formalaşdırmayıb. Necə ki mənə də heyəti formalaşdırmaq üçün vaxt lazım oldu. Ancaq bu gün istər-istəməz problemlərimiz var. Birdən-birə itkilər - Rəşad Sadıqovun gedişi, Əfran İsmayılovun uzun müddət sıradan çıxması, Maksim Mevdedevlə Samir Abasovun zədələnməsi problemlər yaradır. Bütün futbolçular olanda heyəti daha yaxşı qurursan. Ancaq tez-tez dəyişiklər olması oyuna təsirini göstərir. Əlbəttə, “Bakı” güclü heyətə malikdir. Düşünürəm ki, indiki mütəxəssisin rəhbərliyi altında növbəti oyunlarda daha yaxşı oyun göstərib, turnir cədvəlində irəliləyəcəklər.
- Yeri gəlmişkən, yığmanın son toplanışından zədəli gələn Maksimlə Samirin vəziyyəti necədir?
- Maksim bu gündən yüngül qaçışlara başladı. Onun əzələsində qırılma var idi. Millinin oyunundan əvvəl problemi yaranmışdı, bu üzdən meydana çıxmadı. Yalnız bu gündən məşqlərə başladı. Yəqin ki, yaxın bir vaxtda formasını yığar. Samir də komandadan ayrı çalışır və bir müddət belə olacaq.
- “Bakı” ilə oyunlarınız ötən mövsüm çox gərgin oldu. Hətta Ağdamda gözlənilməz nəticə qeydə alındı, böyük hesabla uduzdunuz. Bu, məşqçilik karyeranızda ilk belə məğlubiyyətdir. Həmin nəticədən sonra “Bakı”ya qarşı idman mübarizəsi baxımından prinsipiallığınız varmı? Əvəz çıxmaq haqda düşünürsünüz?
- Yox. Biz o barədə düşünsək, bəlkə də özümüzü yandıra bilərik. Bu haqda heç fikirləşmirik. Bizə vacib olan nəticədir və lazım olan xalımızı qazanmaq istəyirik. Asan oyun yoxdur və hər bir komanda ilə görüşə ciddi hazırlaşmalıyıq. Son vaxtlardakı nəticələrə diqqət yetirsək, bəlkə də ən sensasiyalı çempionatımız gedir. Belə nəticələri hər turda gözləmək olar. Hər turda vurulan və buraxılan qolların sayı getdikcə çoxalır.
- “Qarabağ” – “Bakı” oyununu daha maraqlı edən məqam Vaqif Cavadovla bağlıdır. Uzun müddət rəhbərliyiniz altında oynayan, böyük zəhmət çəkdiyiniz hücumçu indi rəqib düşərgədədir. Bu, sizlərə əlavə stimul verirmi, oyunun prinsipiallığını artırırmı?
- Əlbəttə ki, yox. Vaqif tanınmış futbolçudur. Bizim ona qarşı hər hansı prinsipiallığımız yoxdur. Yəqin ki, yaxınları ilə məsləhətləşərək, belə qərar qəbul etdi. “Bakı”ya keçməyi lazım bildi, heç bir problem yoxdur. Təki onun üçün yaxşı olsun.
- Ancaq Cavadovun avqustda “Tvente”dən gedişi zamanı “Qarabağ”a qayıdacağı gözlənilirdi. Hətta “Borussiya” ilə görüş öncəsi bununla bağlı açıqlama vermişdiniz. Siz onu yenidən sərəncamınızda görmək istərdiniz. Son anda nə baş verdi ki, Vaqifin dönüşü baş tutmadı?
- Konkret müqavilə ilə bağlı problem oldu. Vaqifin özü də, biz də gəlməsini istəyirdik. Ancaq bu, müqavilə məsələsi üzündən baş tutmadı.
- Belə demək olar ki, Vaqifin oyun üslubuna həm siz, həm də futbolçularınız yaxşı bələd olduğundan, onu meydanda zərərsizləşdirmək problem olmayacaq?
- Əlbəttə, Vaqifin üstün cəhətləri çoxdur. Müdafiəçilərimiz ona oynamağa, özünü yaxşı tərəfdən göstərməyə imkan verməməyə çalışacaq. Vaqif də çalışacaq ki, müdafiəçilərimizə qarşı düzgün oynasın və öz yaxşı oyununu göstərsin. Şübhəsiz ki, bu, belə olacaq.
- Özünüz də futbolçu karyeranızdan yaxşı bilirsiniz ki, oyunçu keçmiş komandası ilə görüşə xüsusi köklənir. Üstəlik, hücumçularda sabiq klublarına qol vurmaq istəyi çox böyük olur. Belə görüşlər özünü sübut baxımından yaxşı fürsətdir və Vaqif də çempionatda son üç oyunda meydanı qolsuz tərk etmir...
- Futbolçu hər oyunda qol vurmağa çalışır. Ancaq inanmıram ki, Vaqif bizdən incik getsin, narazılığı olsun. Bir də görürsən ki, futbolçu komandadan gedəndə belə hallar olur və onunla görüşə prinsipial çıxır. Ancaq düşünürəm ki, Cavadov yenə meydana çıxıb, normal öz oyununu oynayacaq. Vaqif başqa cür oynasa da, ona heç bir etirazım olası deyil. Çünki futbolçu meydanda daim hansısa fikirdə ola bilər.
- Vaqifin “Tvente”də 8 ayda ehtiyatda qalması onu oyun praktikası baxımından geri saldı. Keçmiş baş məşqçisi kimi necə fikirləşirsiniz, ona əvvəlki formasını bərpa etmək üçün nə qədər vaxt lazımdır?
- Əlbəttə, yüz faiz hazır olmaq üçün vaxta ehtiyac var. O, nə qədər çox oynasa, bir o qədər yaxşı, formasını bərpa etmək tez olar. Vaqif son vaxtlar daim oynayır və getdikcə əvvəlki formasını yığacaq.
Mehman SÜLEYMANOV

0
0