Vinfred Şafer: İnanıram ki, sonda sevinən tərəf biz olacağıq
19.10.2010 - 18:00
“Qarabağ”la oyunumuz çox çətin olacaq. Rəqibimiz güclüdür, Azərbaycan çempionatının ən iddialı klublarından biridir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib.
Sabah “Qarabağ”la Unibank Premyer Liqasında IV turdan təxirə salınmış oyuna çıxacaq “zolaqlılar”ın almaniyalı çalışdırıcısı ilk dəfə bu rəqiblə görüşəcək. Şafer Avroliqada ardıcıl iki mövsümdür son təsnifat mərhələsinə kimi irəliləyən “Qarabağ”la görüşə nikbin baxır: “Bu komandanın heyətində yerli futbolçular çoxdur. Onlar Azərbaycan milli komandasının əsasını təşkil edir. Son oyunda da yaxşı təsir bağışladılar. Ancaq biz meydana yalnız qələbə üçün çıxacağıq. Hesab edirəm ki, çox gərgin və maraqlı oyun olacaq. İnanıram ki, sonda sevinən tərəf biz olacağıq”.
Mehman SÜLEYMANOV

0
0