Vaqif Cavadov: “Qarabağ”ın futbolçuları ilə dostluğum meydandan kənardadır
19.10.2010 - 18:12
“Qarabağ”la oyuna çox ciddi hazırlaşmışıq. Sabahkı görüş maraqlı olacaq. Azarkeşləri bu oyuna baxmağa dəvət edirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun hücumçusu Vaqif Cavadov deyib.
Milli komandamızın da üzvü olan 21 yaşlı futbolçu 3 il “Qarabağ”ın şərəfini qoruyub. Karyerası ərzində ilk dəfə ona qarşı oynayacaq Vaqif indiki komandasının uğurunu düşünür: “Sözsüz ki, “Qarabağ” güclü klubdur. Mən uzun müddət onun heyətində oynamışam. Ancaq bu, keçmişdə qalıb. İndi “Bakı”nın futbolçusuyam və hazırda məni bu komandanın uğurlu çıxışı maraqlandırır. “Qarabağ”ın futbolçularının çoxu ilə dost-qardaşam. Ancaq bu, meydandan kənardadır. Meydanda biz rəqibik. “Bakı”nın qələbəsi üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, müqavilə ilə Hollandiyanın “Tvente” klubuna məxsus olan Cavadov bir illiyə “Bakı”ya icarəyə verilib.
Mehman SÜLEYMANOV

0
0