“İnter” – “Bakı” oyununun vaxtı dəyişdirildi
19.10.2010 - 21:47
Unibank Premyer Liqasının X turunun oyunlarının keçiriləcəyi stadionlar və başlama vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, turun 3 qarşılaşması saat 15:00-da başlayacaqsa, digər 3 matçın vaxtı dəyişdirilib. Oktyabrın 23-də meydana çıxacaq liderlər “Neftçi” və “Xəzər Lənkəran” rəqiblərini saat 17:00-da start götürəcək görüşlərdə qəbul edəcək. Ertəsi gün baş tutacaq turun mərkəzi oyunu isə daha gec başlayacaq. Belə ki, “İnter”lə “Bakı” arasında oyunun start fiti saat 18:00-da veriləcək.
Qeyd edək ki, “İnter” son ölkə çempionu, “Bakı” isə kubokun son qalibidir.
23 oktyabr (şənbə)
15:00. "Qəbələ" - AZAL
Qəbələ şəhər stadionu
17:00. "Neftçi" - "Gəncə"
T.Bəhramov adına Respublika stadionu
17:00. "Xəzər Lənkəran" - "Turan"
Lənkəran şəhər mərkəzi stadionu
24 oktyabr (bazar)
15:00. "Muğan" - "Qarabağ"
Salyan şəhər stadionu
15:00. MOİK - "Simurq"
T.İsmayılov adına Suraxanı qəsəbə stadionu
18:00. "İnter" - "Bakı"
"Şəfa" stadionu
Mənbə: pfl.az
Qeyd edək ki, “İnter” son ölkə çempionu, “Bakı” isə kubokun son qalibidir.
23 oktyabr (şənbə)
15:00. "Qəbələ" - AZAL
Qəbələ şəhər stadionu
17:00. "Neftçi" - "Gəncə"
T.Bəhramov adına Respublika stadionu
17:00. "Xəzər Lənkəran" - "Turan"
Lənkəran şəhər mərkəzi stadionu
24 oktyabr (bazar)
15:00. "Muğan" - "Qarabağ"
Salyan şəhər stadionu
15:00. MOİK - "Simurq"
T.İsmayılov adına Suraxanı qəsəbə stadionu
18:00. "İnter" - "Bakı"
"Şəfa" stadionu
Mənbə: pfl.az
0
0