“Bu komandaların sövdələşməyə getmələri faktdır”
19.10.2010 - 22:04
Bakının “İnter” komandasının 17 yaşlı yarımmüdafiəçisi Aleksandr Qross klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində qatıldığı Avropa Çempionatın seçmə turniri haqda fikirlərini açıqlayıb.
- Aleksandr, turnir haqda nə düşünürsünüz?
- Turnir əla keçdi. Təşkilati məsələlər də yüksək səviyyədə təşkil olunmuşdu. İlk oyunumuzu ev sahibi Portuqaliyaya qarşı keçirdik. Bütün matçı iki top fərqi ilə keçirdik, lakin sonda bir qədər rahatlaşdıq və qol buraxdıq. Nəticədə oyun 2:2 hesabıyla başa çatdı. Bununla belə, bu nəticə çox məqamdan xəbər verir, axı, biz dünyanın ən yaxşı yeniyetmə milli komandasına qarşı bərabər səviyyəli mübarizə apardıq və qələbə yaxın olduq. Növbəti qarşılaşma Yunanıstanla oldu. Bütün qarşılaşma boyu biz üstünlüyə malik olduq, rəqibi sıxışdırdıq, lakin künc zərbəsindən acınacaqlı qol buraxdıq və məğlubiyyətə uğradıq. Gürcüstanla son oyunda toparlanaraq, rəqibi 3:0 hesabıyla məğlub etdik.
- Amma hər halda Azərbaycan əsas mərhələyə düşə bilmədi...
- Biz turniri əla keçirdik, lakin bəxtimiz gətirmədi. Daha doğrusu, sövdələşmənin qurbanı olduq. Yunanlara və portuqallara mübarizəni davam etdirmək üçün son matçda heç-heçə oynamaq tələb olunurdu ki, onlar da bunu həyata keçirdilər. Bu komandaların sövdələşməyə getmələri faktdır. Buna əmin olmaq üçün onların oyununa baxmaq kifayətdir.
- Gürcüstanla qarşılaşmada qol vurmağı bacardınız...
- Bəli. Küncdən ötürülən zərbəni başla qapıya göndərdim. Oyunu yaxşı keçirdim. Hətta məşqçi tərifinə layiq oldum.
- “İnter”in əsas komandasına dəvət gözləyirsiniz?
- Təbii ki, gözləyirəm. Kim bunu arzulamır ki? Son ay əsas komandayla məşq keçdim. “İnter”in əsas heyətində yer almaq üçün əlimdən gələni edəcəyəm. Bilirsiniz, hər iş birdən alınmır. Astaca irəliyə doğru addımlayacağıq.

0
0