Sergey Laşenkova rəhm etdilər
19.10.2010 - 22:24
Sergey Laşenkova rəhm etdilər
Ukrayna Futbol Federasiyasının Apelyasiya Komitəsi məşhur “Metallist” - “Karpatı” oyunu ilə bağlı öz mövqeyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum 2007/08 mövsümündə keçirilmiş və danışılmış olduğu təsdiqlənən qarşılaşma haqda Nizam İntizam Komitəsinin çıxardığı qərarlara düzəlişlər edib.

2008-ci il aprelin 19-da baş tutan və “Metallist”in 4:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın əsas “qəhrəman”ı Sergey Laşenkovun cəzası da dəyişdirilib. Oyunu satan futbolçu “Karpatı”dakı hoqqalarına görə nisbətən yüngül cəzaya layiq bilinib. Hələ “Olimpik” və “Olimpik-Şüvəlan” adlandığı vaxt Bakının AZAL klubunun şərəfini qoruyan moldovalı müdafiəçinin ağır cəzası yüngülləşdirilib. Ömürlük futboldan kənarlaşdırılan Laşenkov Apelyasiya Komitəsinin rəhmi satəsində 5 ildən sonra yaşıl meydanlara qayıda biləcək.

Qeyd edək ki, bu gün qəbul olunan qərarlarla da barışmayan “Karpatı” rəhbərliyi İsveçrənin Lozanna şəhərində yerləşən İdman arbitraj Məhkəməsinə müraciət etmək qərarını açıqlayıb.