FİFA rəsmisi “Bakı”nın bazasına baş çəkdi
20.10.2010 - 08:43
FİFA işçi qrupu 2012-ci ildə 17 yaşlı qızlar arasında Azərbaycanda keçiriləcək dünya çempionatına hazırlıqla tanış olmaq məqsədi ilə Azərbaycana işgüzar səfər edib. Apasport.az saytının məlumatına görə, dünya ali futbol qurumunun gənclər arasında yarışların təşkili və keçirilməsi üzrə mütəxəssisi Oliver Voqt AFFA-nın nəzdindəki Futbol Akademiyasının meneceri Elnurla Məmmədovla birgə “Bakı” klubunun bazasına baş çəkib. Ora ilə tanış olan qonaqlar infrastruktur, meydançalar və gənclər üçün yaradılan şəraitdən məmnun qaldıqlarını bildiriblər. FİFA rəsmisi tezliklə futbolçularımızın böyük Avropa klublarında oynayacağını gördükdə, buna heç də təəccüblənməyəcəyini də söyləyib. Sonda qonağa “Bakı”nın xatirə hədiyyəsi təqdim olunub.
Mənbə: fcbaku.com
Mənbə: fcbaku.com
0
0