FİFA nümayəndələri Lənkərana yollandılar
20.10.2010 - 09:38
FİFA nümayəndələri Azərbaycana gəliblər. Apasport.az saytının məlumatına görə, qurumun Yarışların Keçirilməsi Departamentinin stadionlar və infrastruktur üzrə mütəxəssisləri Oliver Voqt və Neriko Digues, marketinq üzrə mütəxəssis Mark Palliopi, eləcə də otellərlə tanışlıq üzrə mütəxəssis Metyu Hardinq ölkəmizdə səfərdədirlər.
Səfərin məqsədi 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandaların dünya çempionatına hazırlıq işləri ilə tanış olmaq, stadionlar, otellər və ümumilikdə infrastrukturla bağlı məlumat toplamaqdır. FİFA nümayəndələri U-17 qızlar arasında DÇ-nin yerli Təşkilat Komitəsinin sədri, AFFA-nın baş katibi Elxan Məmmədovla görüşərək indiyə qədər görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparıblar. Bakıda hazırda fəaliyyət göstərən, eləcə də inşası davam edən stadionlarla, həmçinin otellərlə tanış olan beynəlxalq futbol qurumunun üzvləri eyni məqsədlə bu gün Lənkərana yola düşüblər.
Mənbə: affa.az

0
0