Ueyn Runi “Qəbələ”nin futbolçusunu yada saldı
20.10.2010 - 10:04
İngiltərə yığmasının futbolçusu Ueyn Runinin “Mançester Yunayted”dən ayrılacağını söyləməklə, Azərbaycanda oynayan həmyerlisini yada salıb. Apasport.az məlumatına görə, 25 yaşlı hücumçu cari mövsümdən “Qəbələ”də oynayan yarımmüdafiəçi Terri Kukun yolu ilə gedir.
“Mançester Siti”yə keçməyi qərara alan Runi cəlbedici təklifi qəbul edir. Kuk da vaxtilə Mançester şəhərinin təmsilçilərini dəyişib: “Terri Kuk 1999-cu ildə “Mançester Yunayted”dən “Mançester Siti”yə keçdi. O, əvvəlcə icarəyə gəldi, sonradan müqaviləsini 1 milyon funt sterlinqə aldılar. Düzdür, “Mançester Siti”də uğurlu mövsümdən sonra əsas heyətdə yerini itirdi, bir neçə dəfə icarəyə getdi, bundan sonra isə “Qrimsbi Taun”dan elə də qayıtmadı. Onu da qeyd edim ki, Terri indiyə kimi Azərbaycanda Toni Adamsın rəhbərliyi altında oynayır”.
Qeyd edək ki, 34 yaşlı Kuk “Mançester Yunayted”də (1994-99) 4, “Mançester Siti”də (1999-2002) 20 oyun (2 qol) keçirib.

- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0