Adamiya sabiq komandasını 2 qolla cəzalandırdı
20.10.2010 - 16:49
Adamiya sabiq komandasını 2 qolla cəzalandırdı
Bu gün Unibank Premyer Liqasında IV turdan təxirə salınmış bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, son iki mövsümdə ölkə kubokunun qalibləri olan “Qarabağ”la “Bakı”nın görüşünün qəhrəmanı Georgi Adamiya olub.

Gürcü hücumçu keçmiş komandası ilə oyunda etdiyi dublla “Qarabağ”a vacib qələbə qazandırıb. Bununla da hesabına növbəti 3 xalı yazan ağdamlılar turnir cədvəlində “İnter”i arxada qoyaraq, daha bir pillə irəliləyib.

AZAL-la xallarını bərabərləşdirən “Qarabağ” topların fərqində onda geri qalır. Bu görüşdən sonra bütün komandaların I dövrənin sonuna iki tur qalmış oyun sayı bərabərləşdi.


"Qarabağ" - "Bakı" - 2:0
QOLLAR: Georgi Adamiya, 24; 66
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Aleksandr Musatkin, Əliyar Ağayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu