Vinfred Şafer dünyanın ən yaxşı baş məşqçiləri arasında
20.10.2010 - 10:37
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) XXI əsrdə dünyanın ən yaxşı məşqçilərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Londonun “Arsenal” klubunu çalışdıran Arsen Venger 2000-10-cu illərin ən yaxşısı seçilib.
1996-cı ildən bu vəzifədə çalışan fransalı mütəxəssis 142 xalla 1-ci olub. “Mançester Yunayted”in əfsanəvi şotlandiyalı baş məşqçisi Aleks Ferqyusson 133 xalla 2-ci, “Real”ın portuqaliyalı çalışdırıcısı Joze Mourinyo 115 xalla 3-cü yeri tutub.
Türkiyə yığmasının hollandiyalı baş məşqçisi Qus Hiddink 112 xalla 4-cü olub. Almaniya millisinin çalışdırıcısı Yoahim Löv isə heç “20-liy”ə düşməyib. 39 xalı olan almaniyalı 27-ci yeri tutub. Siyahıda ölkəmizdə işləyən mütəxəssis – Vinfred Şafer də var. 50-ci olan “Bakı”nın almaniyalı çalışdırıcısının hesabında 22 xal var.
Qeyd edək ki, 162 nəfərin daxil olduğu siyahıya Türkiyədən iki mütəxəssis – yığmanın sabiq baş məşqçiləri Şenol Günəş (44-cü yer, 25 xal) və Fatih Terim (62-ci yer, 18 xal) düşüb.

0
0