“Qalatasaray” seçimini etdi – Fatih Terim!
20.10.2010 - 10:54
“Qalatasaray” seçimini etdi – Fatih Terim!
“Qalatasaray” rəhbərliyi yeni baş məşqçi ilə bağlı yekun qərar verib. Apasport.az saytının məlumatına görə, “Cim Bom” tarixinin ən uğurlu çalışdırıcısı olan Fatih Terimin üzərində dayanıb.

Komanda 2000-ci ildə məhz “İmperator”un rəhbərliyi altında UEFA kubokunun qazanıb. Hazırkı baş məşqçi Frank Raykaardla yollarını ayırmağı qətiləşdirən “Qalatasaray”ın sükanı arxasına gəlməyə keçmiş futbolçuları Hakan Şükür, Georgi Hacı və “Manisaspor”un baş məşqçisi Hikmət Karaman namizəd idi. Sonuncu indiki klubu ilə müqaviləni 2 illiyə uzatmaqla, siyahıdan çıxarılıb.