“Mirça Rednik milli komandanın baş məşqçisi olmağa namizəddir”
20.10.2010 - 11:11
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik iş yerini dəyişə bilər. Apasport.az saytının məlumatına görə, 48 yaşlı mütəxəssis Rumıniya yığmasını çalışdırmağa namizəddir.
Tanınmış futbol meneceri Viktor Bekali millinin hazırkı çalışdırıcısı Razvan Luçeskunun bu postdan ayrılmalı olduğunu açıqlayıb. Onun fikrincə, uğursuz çıxış edən komandanın “sükanı arxasına” Rednik də keçə bilər: “Sözün düzü, Luçeskunun getməli olub-olmadığını deməyə çətinlik çəkirəm. Hər halda, Razvan yığmaya gələndə bu addımı tənqid edən yox idi. Lakin fikrimcə, Dan Petreskunun yığmaya rəhbərlik etməsi daha məqsədəuyğundur. Əgər alınmasa, onda digər namizədlər Mirça Rednik və İoan Andone olmalıdır”.
Qeyd edək ki, Petresku Rusiyanın aşağı dəstə təmsilçisi “Kuban”, Andone isə Buxarest “Dinamo”sunda çalışır.

- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0