Rəşad Sadıqov Türkiyə Superliqasının rəmzi yığmasına düşdü
20.10.2010 - 11:46
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Türkiyənin “Əskişəhərspor” klubunda ilk nailiyyətini qazanıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçi Superliqanın son turunun rəmzi yığmasına düşüb. Yeni komandasındakı debüt oyununda buna nail olan Rəşad ən yaxşı mərkəz müdafiəçilərindən biri olub.
Türkiyənin məşhur “NTV-Spor” kanalının tərtib etdiyi “11-lik”də Sadıqovla yanaşı, litvalı qapıçı Drunas Karcemarskas (“Qaziantepspor”), müdafiəçilər Sərkan Balçı (“Trabzonspor”), Sərdar Kəsimal (“Kayserispor”), yarımmüdafiəçilər Əmrə Belözoğlu (“Fənərbaxça”), Florin Cernat (“Karabükspor”), Marek Sapara (“Ankaragücü”), Simpson (“Manisaspor”) və hücumçular Tita (“Antalyaspor”), Umut Bulut və Burak Yılmaz (hər ikisi “Trabzonspor”) yer alıblar.
Qeyd edək ki, həmyerlimizin debüt oyununda “Əskişəhərspor” “İstanbul Böyük Şəhər Bələdiyyəspor” klubunu evdə 1:0 hesabı ilə məğlub edib. Rəşad bu görüşdə 90 dəqiqə meydanda olub.

0
0