Frank Raykaard “Qalatasaray”dan rəsmən qovuldu!
20.10.2010 - 13:17
Frank Raykaard “Qalatasaray” klubunun baş məşqçi postundan kənarlaşdırılıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, hollandiyalı mütəxəssisin gedişi az öncə rəsmiləşib. Onunla müqavilə qarşılıqlı razılıqla pozulub. Bununla, 4,7 milyon avro təzminat alan Raykaardın “Cim Bom”u bazar gün növbəti turda “Fənərbaxça” ilə derbi oyuna çıxarması mümkün olmayıb.
Qeyd edək ki, ötən ilin yayında “Qalatasaray”a gələn Raykaard mövsüm bitəndə komandaya bürünc medal qazandırdı. Ancaq bu qənaətbəxş nəticə sayılmadı və komandanın Çempionlar Liqasına düşməməyi, ardınca Avroliqadan qrupdan kənarda qalmaq və cari mövsümdə uğursuz çıxış baş məşqçinin taleyinə təsir göstərdi. Klub rəhbərliyini səbir kasasını daşdıran son turda evdə “Ankaragücü”yə məğlubiyyət oldu.

- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0