Arif Əsədov: Xal itirməyə haqqımız yoxdur
20.10.2010 - 13:35
"Gəncə" ilə oyuna ciddi hazırlaşırıq. Rail Məlikovdan başqa bütün futbolçular qarşılaşmaya hazırdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
40 yaşlı mütəxəssis Unibank Premyer Liqasının X turunun “Gəncə” ilə qarşılaşması ərəfəsində oyun haqda fikirlərini açıqlayıb: "Turan"la görüşdən sonra xal itirməyə haqqımız yoxdur. "Gəncə" Premyer Liqaya bu ildən qoşulsa da, artıq güclü komanda kimi formalaşıb. Bundan irəli gəlir ki, rəqibimiz son üç oyunda qalib gəlib. Bununla belə, "Gəncə"ni məğlub edəcəyimizə inanıram".
Qeyd edək ki, çempionatın 9 turundan sonra “Neftçi” Unibank Premyer Liqasının turnir cədvəlinin I pillədə qərarlaşıb.
Mənbə: neftchifc.com

- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0