“Qalatasaray” prezidentindən yeni rekord
20.10.2010 - 15:19
“Qalatasaray” prezidentindən yeni rekord
“Qalatasaray”ın prezidenti Adnan Polat “Qalatasaray”da yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 2006-cı ilin martında bu vəzifəyə seçilən mütəxəssis 4,5 ilə 6 baş məşqçi ilə çalışaraq, “sarı-qırmızılar”ın tarixinə düşüb. O, bu məşqçilərdən ən az Cevat Gülərlə işləyib.

Polat İstanbul klubu ilə çempionluq sevinci yaşayan bu mütəxəssisə cəmi 6 həftə şans verib. Prezidentin ən uzunmüddətli güvəndiyi isim isə bu gün komandadan qovulan hollandiyalı Frank Raykaard olub. O, 16 ay İstanbul klubunun uğurları üçün tər töküb.

Qeyd edək ki, Polat komandanın sükanını yenidən Fatih Terimə vermək niyyətindədir. Bu isə onun prezident kimi kluba gətirəcəyi 7-ci mütəxəssis olacaq.

Son 10 ildə “Qalatasaray”ın baş məşqçiləri

İl

Baş məşqçi

I yerlər

2000-2002

Mirça Luçesku

UEFA Super kuboku, Super Liqa

2002-2004

Fatih Terim

-

2005-2005

George Hacı

Türkiyə kuboku

2005-2007

Eric Gerets

Super Liqa

2007-2008

Karl-Heynz Feldkamp

-

2008

Cevat Gülər

Super Liqa

2008-2009

Mixael Skibbe

Türkiyə Super kuboku

2009

Bülənt Qorxmaz

-

2009-2010

Frank Raykaard

-