Kasilyas yeni rekorda imza atdı
20.10.2010 - 15:28
İspaniyanın “Real” klubunun qapıçısı İker Kasilyas Çempionlar Liqasının yeni rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, cari mövsümün qrup mərhələsinin III turunun İtaliya “Milan”ı ilə görüşü 29 yaşlı futbolçu üçün bu turnirdə 104-cü oyun olub. Bununla da İker Avropanın ən nüfuzlu klub turnirində ən çox oyun keçirən qapıçı olub. İndiyədək bu göstəricidə əfsanəvi Oliver Kanla şərik olan Kasilyas artıq yeni rekordun vahid sahibi olub.
Qeyd edək ki, ümumilikdə Çempionlar Liqasında ən çox oyun keçirən futbolçu Raul Qonzalesdir. İkerin sabiq komanda yoldaşı bu turnirdə 132 qarşılaşmanın iştirakçısı olub.
Qeyd edək ki, ümumilikdə Çempionlar Liqasında ən çox oyun keçirən futbolçu Raul Qonzalesdir. İkerin sabiq komanda yoldaşı bu turnirdə 132 qarşılaşmanın iştirakçısı olub.
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0