Vaqif Sadıqov: Reytinqdə irəliləyişimiz aparılan düzgün işin nəticəsidir
20.10.2010 - 15:42
“Milli komandamızın Türkiyə üzərində qazandığı qələbədən sonra istər-istəməz FİFA-nın reytinqində irəliləyəcəyimizi gözləyirdik. Hər halda, dünyada 21-ci olan yığmanı məğlub etmişdik və reytinq xallarımızı artırmaqla, ən azı 5-6 pillə irəliləməli idik. Sevindirici haldır ki, buna 12 pillə yüksəlməklə nail olduq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.
Bu gün FİFA-nın açıqladığı reytinq cədvəlində 12 pillə irəliləyən yığmamız 91-ci yerə yüksəldi. Nəticədə 10 ildən sonra ilk “yüzlüy”ə qayıtdıq. Buna ilk dəfə Sadıqovun vaxtında nail olmuşuq ki, yığmamızın FİFA-nın reytinqində ən yaxşı göstəricisi 97-ci pillədir: “İndi qazandığımız uğur çox böyükdür. Ən vacibi odur ki, milli komandamız bu dəfə rəsmi oyunda qalib gəlməklə, ilk “yüzlüy”ə düşüb. Mən işlədiyim vaxtda yoldaşlıq görüşlərində uğurlu nəticə göstərib, reytinqdə ümumilikdə 21 pillə irəliləmişdik. FİFA-nın reytinqində qabağa getmək həmişə ağırdır. İstər 90-cı illərdə, istərsə də indi. Ümumiyyətlə, heç bir iş asan olmur”.
Sadıqov yığmada inkişafı aparılan düzgün işin nəticəsi sayır: “Sevindiricidir ki, məqsədyönlü istiqamətli işin, strategiya öz bəhrəsini verir. Azərbaycan bir daha Avropada öz sözünü dedi. Ancaq bununla kifayətlənməyib, görülən işi davam etdirməliyik. Ən əsası, qazanılan nəticənin təsadüfi olmadığını göstərməli, ən azı ilk “yüzlük”dən çıxmamalıyıq. FİFA-nın reytinqində irəliləmək rəqiblər, onların müqayisəsindən də çox asılıdır. Qrupumuzdakı rəqiblərdən Avstriya, Belçika yığmaları ilk “50-lik”də yer alıb. Onlarla da oyunlarda uğurlu nəticə qazanıb, daha da irəliləmək lazımdır. Ancaq əsas buna neçə pillə nail olmaq yox, oyun baxımından inkişafdır”.
Mehman SÜLEYMANOV

0
0