Şükürov: Rəqibdən asılı olmayaraq, ancaq qələbə haqda düşünməliyik
20.10.2010 - 15:55
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Adil Şükürov AFFA-nın rəsmi internet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı çalışdırıcı Avropa çempionatının seçmə mərhələsinin Portuqaliyada keçiriləcək turniri və yarışa hazırlıq haqda fikirlərini açıqlayıb.
- Əvvəlcə, oktyabrın 11-dən 18-dək İspaniyada keçirdiyiniz təlim-məşq toplanışı barədə məlumat verməyinizi istərdik...
- Madriddəki hazırlıq zamanı əsas məqsədimiz Avropa çempionatının qrup oyunlarında xidmətindən istifadə edəcəyimiz “18-lik”i müəyyənləşdirmək idi. Çünki İspaniyaya 23 futbolçu ilə yolanmışdıq. Buna görə də bir yoxlama oyunu keçirdik. Hazırlıq prosesi məni qane etdi. Məşqlər yüksək səviyyədə keçirildi. Uşaqlar verilən tapşırıqları həvəslə yerinə yetirirdilər.
- Taktiki planda çalışmalara üstünlük verdiniz, yoxsa fiziki?
- Həm İspaniyada, həm də Portuqaliyada ancaq taktiki planda çalışmalara yer verdik. Çünki fiziki hazırlığı Bakıdakı toplanışlar zamanı keçmişdik.
- “Xetafe”nin U-17 komandası ilə oyunda futbolçular necə təsir bağışladı?
- Oyun 1:1 hesabı ilə başa çatdı. Ancaq bu oyunda qələbə qazana bilərdik. Uşaqlar əvvəlki oyunlarla müqayisədə bu dəfə daha yaxşı təsir bağışladılar. Sürətli oyun nümayiş etdirdilər.
- Oktyabrın 22-də U-17 qrup mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Portuqaliya ilə matçdan nə gözləyirsiniz?
- Portuqaliya futbol ölkəsidir. Ancaq komandamızın onlara qarşı yaxşı oynayacağına inanıram.
- Ümumiyyətlə, qrupdakı rəqiblərin oyunlarını izləmisinizmi? Onlar haqda hansı informasiyaya maliksiniz?
- Oyunlarını izləməsək də, müəyyən məlumatımız var. Rəqiblərimiz güclü komandalardır, atletik futbola üstünlük verirlər. Təbii ki, biz də onlara qarşı hansı taktika ilə oynayacağımızı müəyyənləşdirmişik.
- U-17-nin qrupdan çıxmaq şansını necə qiymətləndirirsiniz?
- Komandadan həmişə qələbə gözləmişəm. Qrup oyunlarında rəqibin kimliyindən asılı olmayaraq, ancaq qələbə haqda düşünməliyik.
- Futbolçuların psixoloji hazırlığı hansı səviyyədədir?
- Ab-hava yaxşıdır. Uşaqlar oyunlara aktiv şəkildə hazırlaşırlar. Rəsmi oyunlardan öncə psixoloji problemin olmaması üçün ilk gündən bunun üzərinə işləyirik. İnşallah, oyun zamanı da heç bir problemlə qarşılaşmarıq.
- Komanda artıq 2 gündür Portuqaliyadadır. Yaradılan şəraitdən razısınızmı?
- Bütün komandalar eyni oteldə qalacaq. Bizə yaradılan şəraitdən məmnunuq. Həm məşq, həm də dincəlmək üçün normal şərait yaradılıb.

0
0