“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Luçesku ilə bir sırada
20.10.2010 - 17:01
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Luçesku ilə bir sırada
“Xəzər Lənkəran” klubunun rumıniyalı baş məşqçisi Mirça Rednik vətənində fərqləndirilib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı Buxarest “Dinamo”sunun əfsanəvi futbolçuları siyahısına düşüb.

Rumıniyanın nüfuzlu idman mətbu orqanı olan “Gazeta Sporturilor” Buxarestin “Dinamo” və “Styaua” klublarının tarixlərində ən güclü oyunçularından ibarət heyətləri tərtib edib. “Dinamo”nun 11 ən yaxşı futbolçusu sırasında Rednikin də yer alması diqqəti çəkən məqamdır. Həmin siyahıda onun dostu, Donetsk “Saxtyor”unun baş məşqçisinin olan adaşı Mirça Luçesku da var.

Qeyd edək ki, Rednikin həm futbolçu, həm də məşqçi karyerası “Dinamo”ya bağlı olub. O, karyerasının əsas hissəsini bu komandada (1983-90, 212 oyun, 21 qol) keçirib. Rednik “Dinamo” 2006/07 mövsümündə çalışdırıb və hər üç titulu – ölkə çempionluğu, kuboku və Superkuboku qazanıb.