“Neftçi”yə qol vurmağım tarixi an idi”
20.10.2010 - 23:02
“Necə qol vurduğumu gördünüzmü? Qol vurduqdan sonra sevincimi azarkeşlərlə bölüşmək üçün onlara tərəf qaçdım. Bu oyunda qol vurmağım tarixi an idi. Halbuki, indiyədək fərqlənmək üçün bir neçə imkanım olmuşdu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun hücumçusu Georgi Çediya deyib.
Mövsümün əvvəlində Tovuz təmsilçisi ilə 2 il müddətini əhatə edən müqaviləyə imza atan gürcüstanlı futbolçu həftəsonu “Neftçi” ilə baş tutan oyunda qol hesabını açdı. Ölkəsinin 21 yaşadək futbolçulardan ibarət komandasının da formasını geyinən Çediya bu seriyanı “Xəzər Lənkəran”la oyunda da davam etdirmək niyyətindədir.
Növbəti turdakı rəqibləri barədə də danışan hücumçu Lənkərandan xalla dönmək istədiklərini deyib: “İstənilən komandaya qarşı mübarizə aparmaq olar. “Neftçi” ilə oyun bunu bir daha sübut etdi. Düzdür, “Xəzər Lənkəran” peşəkar komandadır. Ancaq biz də özümüzü sübut etməyə çalışacağıq. Həm də dostun Davit İmedaşvili də “Xəzər Lənkəran”da çıxış edir. Güclü futbolçuları var”.
Sonda Çediya Gürcüstan və Azərbaycan çempionatlarını müqayisə etdi: “Azərbaycan komandaları fiziki cəhətdən güclüdürlər. Sürətli oynayırlar. Gürcüstanla müqayisədə, futbolçularınız taktiki cəhətdən geri qalırlar. Ancaq maddi imkanlarına görə klublar fərqlənirlər. Avropada çıxış edən istənilən futbolçunu Azərbaycan çempionatında görmək mümkündür”.

0
0