Əfran İsmayılov Rəşad Sadıqovun yanına gedir
20.10.2010 - 23:07
Əfran İsmayılov Rəşad Sadıqovun yanına gedir
“Hazırda Türkiyədəyəm. Məşqlərimi burada davam etdirirəm. Həm topla, həm də topsuz çalışıram”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov deyib.

Cari mövsümün ilk turunda ciddi zədə alan və Türkiyədə əməliyyat olunan yarımmüdafiəçi sabah vətənə dönəcək. O, artıq komanda ilə birgə məşqlərə başlayacaq. Ancaq futbolçu cümə günü Bakıya qayıtdıqdan sonra yenidən Türkiyəyə getmək üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan icazə istəyəcək: “Həftəsonu “Eskişehirspor”da çıxış edən Rəşad Sadıqovun oyununu izləmək istəyirəm. Təbii ki, bunun üçün gərək komandanın baş məşqçisi Qurban Qurbanovdan icazə alım. Əgər o, razılıq versə, həftəsonu Eskişehirə dönəcəm və Rəşadın oyununu izləyəcəm”.