Georgi Lomaya əvəzedici komandaya göndərildi
20.10.2010 - 17:31
Georgi Lomaya əvəzedici komandaya göndərildi
Bu gün “Şəfa” stadionunda “İnter” və MOİK komandalarının əvəzedici heyətləri arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, hər iki klubun heyətində əsas komandanın bir neçə üzvü də bu matçda iştirak ediblər.

Georgi Lomaya, Şəhriyar Rəhimov, Camal Məmmədov, Daniel Genov və Rövşən Əmiraslanov “İnter”in heyətində meydana çıxıblar. Bu da qarşılaşmanın nəticəsində öz əksini tapıb və “bankirlər” 4:0 hesabıyla qalib gəliblər. Paytaxt komandalarının görüşündə qolları Səbuhi İsmayılov, Rövşən Əmiraslanov, Daniel Genov və Mirsayib Abbasov vurublar.