Vinfred Şafer: Bunun qarşılığında belə oyun göstərilməsi qəbul olunmazdır
20.10.2010 - 17:49
"Bu gün komandamız bərbad oynadı. Məğlub olduğumuz üçün məyusam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib.
Almaniyalı mütəxəssis Unibank Premyer Liqasının IV turundan təxirə salınan “Qarabağ”la görüşündən sonra keçirilən mətbuat konfransında yetirmələrindən narazı qaldığını bildirib: “Qalib gəlmək üçün meydanda vuruşmaq lazımdır, lakin futbolçularımız bunu bacarmadılar. MOİK-lə oyundan sonra bugünkü qarşılaşmada da qalib gəlmək istəyirdik. Qarşıda "İnter" və "Neftçi" ilə vacib oyunlarımız var. Futbolçular üçün klubda hər cür şərait yaradılıb, lakin bunun qarşılığında belə oyun göstərilməsi qəbul olunmazdır".
Qeyd edək ki, “Bakı” “Qarabağ”la matçda 0:2 hesabı ilə uduzub.

- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
0
0