“Layiq olduğumuz qələbəni qazandıq”
20.10.2010 - 17:55
Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov futbolçularından razı qalıb. Apasport.az saytının məlumatına görə, 38 yaşlı mütəxəssis Unibank Premyer Liqasının IV turundan təxirə salınan “Bakı” ilə qarşılaşmanın nəticəsini ədalətli sayır. Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında oyunla bağlı fikirlərini açıqlayıb: "Komandamız yaxşı oyun göstərdi. Bugünkü oyunda qalib gəlməyimiz vacib idi. 3 xal qazanıb turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırdıq. Fikrimcə, layiq olduğumuz qələbəni qazandıq".
Qeyd edək ki, “Qarabağ” “Bakı”nı Georgi Adamiyanın vurduğu 2 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, “Qarabağ” “Bakı”nı Georgi Adamiyanın vurduğu 2 cavabsız qolla məğlub edib.
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
0
0