“Qalatasaray”ın yeni baş məşqçisi bu gün İstanbula gəlir
21.10.2010 - 08:41
“Qalatasaray”ın yeni baş məşqçisi bu gün İstanbula gəlir
“Qalatasaray”ın yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, Fateh Terimin “sarı-qırmızalar”a “rədd” cavabından sonra komanda rəhbərliyi rumıniyalı Georgi Hacı ilə razılıq əldə edib.

Qonşu ölkədən olan həmkarlarımız “Karpatı Maradonası”nın bu gün Türkiyəyə gələcəyini və müqavilə imzaladıqdan sonra komandanı məşqə çıxaracağını bildirirlər.

Qeyd edək ki, 45 yaşlı mütəxəssis 2004-05-ci illərdə “Qalatasaray”a rəhbərlik edib. O, həmçinin 1996-2001-cü illərdə İstanbul klubunda oynadığı vaxtda Türkiyə çempionatında 132 oyun keçirib və 59 qola imza atıb.