“İnter”in dramatik qələbəsi, Raulun oyanışı
21.10.2010 - 08:50
UEFA Çempionlar Liqasında III tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Türkiyənin turnirdə yeganə təmsilçisi olan “Bursaspor” Britaniya səfərindən yenə 0:1 hesablı məğlubiyyətlə dönüb. Ərtoğrul Sağlamın yetirmələri Şotlandiyanın “Reyncers” klubunun ardından daha çətin rəqib olan “Mançester Yunayted”ə də ciddi müqavimət göstərib. İngilislər yalnız oyunun əvvəlində Naninin vurduğu qolla qələbə qazana bilib.
Günün ən dramatik oyunu İtaliyada keçirilib. Milan şəhərində baş tutan “İnter” – “Tottenhem” görüşü ümumiyyətlə, turun ən məhsuldar oyunu (7 qol) olub. Ən maraqlısı odur ki, meydan sahibləri artıq 35-ci dəqiqədə hesabda 4:0 irəlidə olduğu halda, sonda az qala üstünlüyünü əldən verəcəkdir.
Belə ki, yığmamızla görüşün iştirakçısı olmuş Uels millisinin müdafiəçisi Qaret Beyl het-trik edib. “Tottenhem” qapıçısı Qomes artıq 8-ci dəqiqədə qırmızı vərəqə alaraq, meydandan çıxarıldığı üçün görüşün böyük hissəsini azlıqda keçirilib. Bununla belə, londonlular 10 nəfərlə ÇL-nin son qalibinin qapısına 3 top keçirə bilib. Madridin “Real” klubunun kapitanı kimi uzun illər turniri qazanan ispan hücumçu Raul nəhayət, xeyli fasilədən sonda dubl etdi. O, cari mövsümdə oynadığı Almaniyanın “Şalke” klubunun heyətində də ÇL-də qol hesabını açıb.
20 oktyabr
A qrupu
“İnter” – “Tottenhem” – 4:3
Zanetti, 2. Eto’O, 11-pen, 35. Stankoviç, 14 - Beyl, 52, 90, 90+1
“Tvente” – “Verder” – 1:1
Yanssen, 75 - Arnautoviç, 80
C qrupu
“Barselona” – “Kopenhagen” – 2:0
Messi, 19, 90+1
“Panatinaikos” – “Rubin” – 0:0
B qrupu
“Şalke” – “Hapoel” – 3:1
Raul, 3, 58, Xurado, 68 – Şexter, 90+3
“Lion” – “Benfika” – 2:0
Brian, 21, Lopes, 51
D qrupu
“Reyncers” – “Valensiya” – 1:1
Edu, 34 – Edu, 46-öz qapısına
“Mançester Yunayted” – “Bursaspor” – 1:0
Nani, 7

0
0